İndoneziyada güclü zəlzələ oldu
07.01.2021
İndoneziyanın Sulavesi adasında 6.4 bal gücündə zəlzələ baş verib.
DM xəbər verir ki, Meteoroloji İqlim və Geofizika İdarəsi (BMKG), episentri Şimali Sulavesi əyalətindən 71 kilometr cənub-qərbdə yerləşən zəlzələnin yerdən 131 kilometr aşağıda qeydə alındığını açıqladı.
BMKG, zərbələrin Ternate, Tidore, Morovali, Labuha və Boroko Bolaang Mongondov bölgələrində hiss edildiyi barədə məlumat paylaşıb.