“Zorakılığı dayandıraq!” - Tramp
07.01.2021
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda etiraz aksiyaları keçirən tərəfdarlarına müraciət edib.
DM xəbər verir ki, Tramp bu barədə "Tvitter” hesabında yazıb. O, etirazçılardan sakitləşməyi xahiş edib:
"Hər kəsdən xahiş edirəm ki, sülhə riayət edək. Zorakılığı dayandıraq!”
Tramp, həmçinin nümayişçiləri Konqres binasını tərk etməyə və evlərinə qayıtmağa çağırıb.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın tərəfdarları seçkilərin nəticələrinə etiraz olaraq Konqres binasına daxil olublar. Etirazçılarla polis arasında toqquşma yaşanıb.