Elmar Məmmədyarov bu gün erməni nazirlə görüşəcək
11.07.2018
Azərbaycan və Ermənistan xarici işlər nazirinin növbəti görüşü bu gün Brüsseldə keçiriləcək.
"Dövran Media"nın məlumatına görə, iyulun 11-də Brüsseldə NATO-nun Zirvə toplantısı çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Ermənistanın xarici işlər naziri ilə görüş keçiriləcək.
Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edəcək.
Görüş əsnasında Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq.