Azərbaycanda koronavirusla bağlı son məlumat AÇIQLANDI
06.01.2021
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 799 yeni yoluxma faktı qeydə alınıb, 2 389 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 26 nəfər vəfat edib.