Trampdan Çinə daha bir sanksiya
06.01.2021
ABŞ Prezidenti Donald Tramp Çinin 8 mobil ödəniş tətbiqinə rəhbərlik edənlərin tranzaksiyadan keçirməsini qadağan edən əmr imzalayıb.
DM xəbər verir ki, bu məlumatı "Röyters” agentliyi yayıb. Məlumata görə, əmr imzalandıqdan 45 gün sonra qüvvəyə minəcək. Tramp bu şəxslərin tranzaksiyasının milli təhlükəsizlik üçün potensial təhdid olacağını bildirib.
Qadağanın tətbiq edildiyi şəxslər sırasına "WeChat Pay”, "Alipay”, "SHAREit”, "QQ Wallet”, "WPS Office”, "Tencent QQ”, "CamScanner” və "Vmate”in rəhbərlərinin düşdüyü vurğulanıb.