Türklərdən yeni əməliyyat: Terrorçular məhv edildi
06.01.2021
Türkiyə ordusu Suriyanın şimalında daha 7 PKK terrorçunu məhv edib.
DM xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi öz "Twitter" səhifəsində məlumat verib.
Bildirilib ki, Suriyanın şimalında "Barış Pınarı" əməliyyatının keçirildiyi bölgədə daha 7 terrorçu zərərsizləşdirilib. Terrorçular PKK terror təşkilatının Suriya qolu olan YPG-yə mənsub olublar. Onların hücum və sızma cəhdinin qarşısı alınıb. Terrorçuların fəaliyyətləri əngəllənib. Əməliyyatlar davam etdirilir.