Paşinyan kilsəyə buraxılmayacaq
06.01.2021
Onlarla vətəndaş Nikol Paşinyanın Qreqory Illuminator kilsəsinə girişini qadağan etmək təşəbbüsü ilə çıxış edib.
DM Ermənistanın hayeli.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, təşəbbüs müəlliflərindən biri Narek Mutafyan bunu öz "Facebook" səhifəsində yazıb.
"Sabah, 6 yanvar, saat 10: 00-da İrəvanın Müqəddəs Qriqori Kilsəsində olacağam və xain Nikolu kilsəyə buraxmayacağam. Hamınızı qoşulmağa dəvət edirəm. Kafir fahişələrin müqəddəs ayin mərasimində iştirak etmələri qadağandır",- deyə Narek Mutafyan bildirib.
Göründüyü kimi, Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə də kilsəyə girişi vətəndaşlar tərəfindən yaxşı qarşılanmır və bundan əvvəl kilsənin keşişi ona əl uzatmaqdan imtina edərək onun kisəni tərk etməsini tələb edirdisə, bu dəfə erməni baş nazirin ümumiyyətlə kilsəyə girişi sual altında qalır.