Zəngilanda sərhəd zastavasının açılışı oldu
05.01.2021
Bu gün Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının Horadiz Sərhəd Dəstəsinin Zəngilan rayonunun Bartaz kəndində sərhəd zastavası xidməti fəaliyyətə başlayıb.
Zastavanın açılışında DSX-nın rəis müavinləri İlham Mehdiyev və Azad Ələkbərov iştirak ediblər.
Azərbaycan Respublikasının dövlət bayrağı qaldırılıb.
Qeyd olunub ki, Vətən müharibəsi başladığı ilk günlərdən Azərbaycan sərhədçiləri tərəfindən Füzuli rayonundakı təmas xəttindən Ermənistanla dövlət sərhədinədək böyük ərazi işğaldan azad edilib, o cümlədən 24 saat ərzində 105 km məsafədə ildırımsürətli hücumla düşmənə ağır zərbə endirilib.
Sərhədçilər yaradılmış şəraitə, diqqət və qayğıya görə Prezident İlham Əliyeva təşəkkür ediblər.
Sonda mərasim iştirakçıları sərhəd zastavası ilə tanış olublar.