Tokayevdən Rusiyaya İSMARIC
05.01.2021
Qazaxlara heç kim və heç harda torpaq verməyib.
DM xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Qasım Jomart Tokayev deyib. Onun sözlərinə görə, Qazaxıstanın tarixi 1991 və ya 1936-cı illə ölçülmür:
"Bizə əcdadlarımızdan miras qalan müqəddəs torpağımız əsas zənginliyimizdir. Qazaxlara heç kim bu böyük əraziləri verməyib. Bizim tariximiz 1991 və ya 1936-cı illə ölçülmür. Bizim insanlarımız burada Qazax xanlığı, Qızıl Orda, Türk Kağanlığı, hunlar və sakların zamanında yaşayıb və inkişaf ediblər”.
O, Qazaxıstanın ərazi bütövlüyünə şübhə yaradan provokasiyalara qarşı durmağa çağırıb.
Qeyd edək ki, Rusiyanın bəzi dairələri Qazaxıstanın şimal ərazilərinin Rusiya tərəfindən qazaxlara verildiyini iddia etmişdilər.