Liviyada gərginlik
05.01.2021
Liviyada qiyamçı Xəlifə Haftara bağlı muzdlular Səbha şəhərində hərbi qərargaha hücum edib.
DM xəbər verir ki, bu barədə 6-cı Briqada komandiri, general Əhməd əl-Ətayibi məlumat verib.
O bildirib ki, muzdluların hücumunun qarşısı müvəffəqiyyətlə alınıb:
"Düşmənin bir neçə yüngül silahları və 2 əsir ələ keçirilib. Haftar əsgərləri arasında Sudandan gətirilən "Cancavid" adlı muzdlular da mövcuddur. Onların məqsədi Mərkəzi Bankın şəhərdəki filialını ələ keçirməkdir”.