Tarixi səfər
05.01.2021
Qətər əmiri Tamim bin Həməd əs-Sani Fars körfəzinin ərəb ölkələrinin liderlərinin sammitində iştirak edəcək.
DM xəbər verir ki, bu barədə əmirin mətbuat xidməti məlumat yayıb.
Sani görüşə qonşu ölkələrlə yaşanan üç illik konflikti bitirmək üçün qatılacaq.
Qətər 2017-ci ildən bu yana ilk dəfə bu sammitdə iştirak edəcək. Sammit Səudiyyə Ərəbistanının Əl Ula vilayətində keçiriləcək.
Qətər əmiri Şeyx Tamim bin Həməd əs-Sani Körfəzdəki normallaşma razılaşmasından sonra 41-ci Körfəz Əməkdaşlıq Şurası Sammitində iştirak üçün Səudiyyə Ərəbistanına gəlib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn və Misir Qətərlə quru, hava və dəniz sərhədlərinin açılmasına qərar verib.