Məhəmməd Cavad Zərifin növbəti səfəri
05.01.2021
İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif Rusiyaya səfər edəcək.
DM xəbər verir ki, bu barədə İranın Moskvadakı səfirliyindən "TASS"a məlumat verilib. Səfər çərçivəsində Zərifin rusiyalı həmkarı Sergey Lavrovla görüşü ilə yanaşı, başqa vacib görüşlər də nəzərdə tutulur.
Ötən ilin noyabr ayından planlaşdırılan səfər bir neçə dəfə təxirə salınmalı olub. Hazırda tərəflər arasında səfərin dəqiq tarixinin razılaşdırılması prosesi gedir. Görüşlərin əsas müzakirə mövzusunun regional və qlobal problemlər, əməkdaşlıq perspektivləri və ikitərəfli münasibətlər olacağı bildirilir.