03 12 2024-cu il Bakı 8 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Hindistanda yeni virus təhlükəsi...

05.01.2021

 Hindistanda quş qripi təhlükəsi ortaya çıxıb.

DM xarici KİV-ə istinadən xəbər verir ki, Hindistanın şimalındakı Himaçal-Pradeş əyalətinin Kanqra bölgəsində yerləşən Ponq su anbarı yaxınlığında təxminən 1 700 quş ölü tapılıb. Tələf olan quşlar əsasən vəhşi dağ qazlarıdır. Bölgə rəhbərliyi quş qripi ehtimalına qarşı tədbir olaraq gölü tamamilə bağlamaq və turist ziyarətlərini məhdudlaşdırmaq qərarı verib.

Rəsmilər insanların gölə 1 kilometrdən daha yaxın gəlməsini yasaqlayıb. Quşların öldüyü şəraiti öyrənmək üçün gölə xüsusi ekspert qrupu göndərilib. Hadisənin inkişafını izləmək üçün su anbarının ətrafında 9 kilometrlik müşahidə zonası da yaradılıb. Araşdırmalar davam edir.