Xəzərdə zəlzələ oldu
05.01.2021
Yanvarın 5-də Xəzər dənizində maqnitudası 3,4 olan zəlzələ baş verib.
DM xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkanlar yerli vaxtla saat 08:12-də qeydə alınıb.
Zəlzələ ocağı 62 kilometr dərinlikdə yerləşib.