21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Sabahdan Ağdamda minaların təmizlənməsi əməliyyatlarına başlanılacaq

04.01.2021

 Sabahdan etibarən Rusiyanın Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyinin əməkdaşları ilkin olaraq Ağdam rayonu ərazisində ayrılmış 100 hektar ərazinin minadan və partlamamış hərbi sürsatlardan təmizlənməsi əməliyyatlarına başlayacaqlar.

DM-in Report-a istinadən məlumatına görə, bunu Azərbaycan fövqəladə hallar nazirinin müavini Ragim Lətifov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, artıq Rusiya tərəfi xüsusi avadanlıqları özləri ilə Azərbaycana gətiriblər: "Həmin əməkdaşlar Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Ağdam rayonunun Quzanlı qəsəbəsində yerləşən Qarabağ Regional Mərkəzinin ərazisində yerləşəcəklər".

Rusiyanın "Lider” xüsusi riskli xilasetmə əməliyyatları mərkəzinin rəisi, general-mayor Anatoliy Savvin isə bildirib ki, bu gün Rusiya Fövqəladə Hallar Nazirliyinin mina və partlamamış hərbi sürsatlardan təmizlənməsi üzrə xüsusi qrupü imzalanmış üçtərəfli sazişə əsasən, Azərbaycan tərəfinə təhvil verilmiş ərazilərə gəliblər.

Onun sözlərinə görə, missiyanın məqsədi döyüş zamanı bu ərazilərdə partlamamış hərbi sürsatların təmizlənməsini həyata keçirməkdir: "Bu qrupun şəxsi heyəti 20 nəfərdən ibarətdir. Bura pirotexniklər, minaaxtaranlar, kinoloqlar və şəxsi heyətin təlim keçirilməsi üzrə instruktorlar daxildir. Qrup ərazilərin minalardan təmizlənməsi üçün bütün texniki avadanlıqlarla təchiz edilib”.

O ümid edir ki, Azərbaycan tərəfi onlara bütün minalanmış və partlamamış hərbi sürsatların xəritəsini təhvil verəcək: "Bu, xəritə verilməsə, minaların yerləşdiyi və partlamamış hərbi sürsatların əraziləri müşavirə keçirilərək müəyyən ediləcək. İnanıram ki, bütün məsələlər həllini tapacaq”.

A.Savvin qeyd edib ki, minatəmizləmə qrupu əmr üzrə 80 gün müddətinə Azərbaycana gəliblər: "Ehtiyac yaranarsa və bununla bağlı hər hansı qərar olarsa, bu müddət uzadıla bilər.

Qeyd edək ki, Rusiya FHN-nin 20 nəfərdən ibarət mütəxəssisi Dağlıq Qarabağda işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi vəzifəsinin yerinə yetirilməsi üçün "IL-76” təyyarəsi ilə Gəncə aeroportuna enib.

Eyni zamanda təyyarənin göyərtəsində 3 ədəd minatəmizləyən texniki robot avandanlığı da var.

Humanitar missiya çərçivəsində pirotexniklər Ağdam rayonunda işləyəcəklər.