"Paşinyana görə Ermənistanı martda aclıq gözləyir"
04.01.2021
Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan Paşinyan hakimiyyətini sərt tənqid edib.
DM Ermənistan KİV-ə istinadən xəbər verir ki, Baqratyan ölkədə mart, aprel və may aylarında aclıq ola biləcəyini anons edib. Paşinyan hakimiyyətinə sərt tənqid edən keçmiş baş nazir xüsusilə maliyyə siyasətinin bərbad olduğunu və Mərkəzi Bankın yarıtmaz fəaliyyətini vurğulayıb.
"Paşinyana görə Ermənistanı martda aclıq gözləyir. Biz 500 milyon dolları havaya sovurmuşuq. Böyük ərazi itkiləri var. Minlərlə hektar kənd təsərrüfatı və iqtisadi əhəmiyyətə malik torpaqlardan söhbət gedir. Mart, aprel və may aylarında aclıq ola bilər. Yaxşı heç nə görmürəm", - deyə Baqratyan əlavə edib.