Akardan İrəvana mesaj
04.01.2021
Bundan sonra Ermənistan seçimlərini düzgün etsə, sülhün üstünlüklərindən yararlana bilər.
DM xəbər verir ki, bunu Türkiyə müdafiə naziri Hulusi Akar "Hürriyyət”ə açıqlamasında deyib.
"Qarabağda 44 günlük bir əməliyyat aparıldı. Bu əməliyyatın ən əhəmiyyətli tərəfi bu oldu: Hər iki dövlət "iki dövlət, bir millət” anlayışını daha dərindən qavradı. Bu şüur öz yerinə oturdu. Bundan sonra Ermənistan seçimlərini düzgün etsə, sülhün üstünlüklərindən yararlana bilər”, - nazir bildirib.