Bayden ilk gündən bununla məşğul olacaq - Sallivan
04.01.2021
Silahlanmaya nəzarət məsələlərinin müzakirəsi və Rusiya-ABŞ strateji hücum silahlarının məhdudlaşdırılması, eləcə də gələcəkdə ixtisarı haqqında razılaşmanı uzatmaq Rusiya kimi ABŞ-ın da maraqlarına cavab verir.
DM xəbər verir ki, bunu CNN-ə açıqlamasında ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Baydenin özünə milli təhlükəsizlik üzrə müşavir təyin etmək istədiyi Ceyk Sallivan deyib.
"Əminəm ki, ABŞ və Rusiya öz milli maraqlarına uyğun hərəkət edərək, strateji stabillik məsələləri və silahlanmaya nəzarətdə inkişafa nail olunması istiqamətində addımlar ata bilərlər. Bayden köməkçilərinə bu məsələlərlə yeni administrasiyanın ilk həftəsindən etibarən məşğul olmağı tapşırıb”, – o bildirib.