ABŞ İrana görə təyyarədaşıyan gəmisini Yaxın Şərqdə saxladı
04.01.2021
ABŞ İran tərəfindən səsləndirilən təhdidlərdən sonra "Nimits” təyyarədaşıyan gəmisini Yaxın Şərqdə saxlayıb.
DM xəbər verir ki, bunu ABŞ müdafiə nazirinin səlahiyyətlərinin icraçısı Kris Miller deyib.
"Bir müddət öncə İran liderlərinin ABŞ Prezidenti Donald Trampa və digər rəsmi şəxslərə qarşı səsləndirdiyi təhdidlərə görə əmr vermişəm ki, "Nimits” özünün ənənəvi yerdəyişməsini dayandırsın. "Nimits” ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının əməliyyatlar zonasında qalır”, – o bildirib.
Qeyd edək ki, bundan öncə İran rəsmiləri bəyanat yayaraq, ABŞ Prezidenti Donald Trampın yanvarın 20-nə qədər İrana zərbə endirəcəyini açıqlamışdılar.