ÜST-ə çağırış
04.01.2021
Ümumdünya Səhiyyə Təşkilatı İsrail həbsxanalarındakı məhbusların peyvənd edilməsi üçün rəsmi Təl-Əvivə təzyiq göstərməlidir.
DM xəbər verir ki, bunu İslami Cihad Hərəkatının rəhbərlərindən Əhməd əl-Müdəlləl deyib.
O, həbsxanalardakı fələstinlilərin pandemiya səbəbindən təhlükədə olduğunu bildirib və məhbusların da vaksinasiya edilməsini tələb edib.
Qeyd edək ki, İsrailin "Haaretz” qəzeti həbsxanalardakı fələstinli məhbuslara peyvənd vurulmasının qadağan edildiyini yazıb.