Türkiyədə zəlzələ oldu
03.01.2021
Türkiyənin Elazığ ərazisində 3.6 bal gücündə zəlzələ baş verib.
DM xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) məlumat yayıb.
Məlumatda bildirilir ki, yerli vaxtla saat 16: 30-da baş verən zəlzələ yerdən 8,5 kilometr dərinlikdə qeydə alınıb. Dağıntı və ya tələfat barədə məlumat yoxdur.