Türkiyəni bu cür qəbul edəcəksiniz - Qurtulmuş
03.01.2021
Türkiyə yalnız ABŞ-la deyil, bütün ölkələrlə əlaqələrində yeni bir dövrə qədəm qoyur.
DM xəbər verir ki, bunu Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Numan Qurtulmuş bildirib.
"Türkiyə bütün ölkələrlə bərabər səviyyədə danışıqlara hazırdır - amma onların müəyyən etdiyi bir yerdə dayanmaqla deyil, suveren bir ölkə kimi... Problemlərimizi qarşılıqlı razılıq və müzakirə yolu ilə həll etmək istəyirik. Bütün ölkələrin bizi bu şəkildə dəyərləndirməsi lazımdır", - Qurtulmuş qeyd edib.