İran sabah zərbə endirəcək – ABŞ kəşfiyyatı
02.01.2021
ABŞ kəşfiyyatı son iki sutka ərzində İran Hərbi Dəniz Qüvvələrində hazırlığın yüksək səviyyəyə qaldırıldığı haqda məlumat yayıb.
DM xəbər verir ki, ABŞ rəsmisi bu hazırlığın xüsusilə Fars körfəzində hiss edildiyini təsdiqləyib.
Qeyd edək ki, iki gün öncə "Foks Nyus” ABŞ kəşfiyyatına istinadla Qasım Süleymaninin qətlinin ildönümündə İranın ABŞ-ın bölgədəki qüvvələrinə zərbə endirə biləcəyi haqda məlumat yaymışdı.
İran xarici işlər naziri Məhəmməd Cavad Zərif isə ABŞ-ın İranla müharibə üçün bəhanə axtardığına əmin olduğunu bildirmişdi.
ABŞ bir neçə gün öncə Yaxın Şərqə məşhur B-52 ombardmançılarından 2 ədədini göndərib.
İanın Qüds briqadasının komandanı Qasım Süleymani 3 yanvar 2020-ci ildə İraqda ABŞ zərbələri nəticəsində qətlə yetirilib.