Zelenski Krımla bağlı müraciət etdi
01.01.2021
Ukrayna Prezidenti Vladimir Zelenski Donbass və Krımın sakinlərini "Ukrayna ilə olmağa” çağırıb.
DM xəbər verir ki, o, bu barədə Yeni illə bağlı xalqa müraciətində danışıb.
Uşaqlarla bir yerdə çıxış edən Zelenski sülhə və Kiyevin nəzarətində olmayan ərazilərin qaytarılacağına ümid etdiyini bildirib.
"Kiyevdə deyil, Donetskdə demək istərdim ki, Ukraynaya sülh gəldi. Krımın Ukraynanın olduğu barədə internetdə deyil, Yaltanın çimərlik qumunda yazmaq istərdim. Bilirəm ki, Donetsk, Luqansk və Krım indi sözün əsl mənasında başqa dövrdə yaşayırlar. Və artıq demək olar ki, onlar bir saat bundan öncə Yeni ili qeyd etdi. Donbass və Krım, saatlarınızı geri çevirin, bizimlə olun", - Zelenski deyib.