Koronavirusla mübarizəyə ayrılan büdcə ilə bağlı TAPŞIRIQ
01.01.2021
Bu ilin dövlət büdcəsində yeni növ koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə üçün 261 milyon manat vəsait ayrılıb.
DM xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” 31 dekabr 2020-ci il tarixli fərmanında əksini tapıb.
Nazirlər Kabinetinə Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla nəzərdə tutulan vəsaitin bölgüsünü və həmin bölgüdə ediləcək dəyişiklikləri həyata keçirmək tapşırılıb.