Madurodan Ərdoğana dəstək mesajı
09.07.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində Venesuela Prezidenti Nikolas Maduro da iştirak edəcək.
"Dövran Media" xəbər verir ki, Maduro Türkiyəyə səfərə gedərkən çəkdiyi video ilə Ərdoğana dəstək üçün yola çıxdığını bəyan edib.
"Prezident Ərdoğanın andiçmə mərasiminə qatılmaq üçün Türkiyəyə gedirəm. Ərdoğan Venesuelanın əsl dostu və çoxqütblü dünyanın lideridir”, - Maduro bildirib.