Ovannes Kazaryan da vəzifəsindən istefa verdi
31.12.2020
Ermənistanın "Mənim addımım” xeyriyyə dondunun icraçı direktoru Ovannes Kazaryan vəzifəsindən istefa verib.
DM xəbər verir ki, bu barədə Kazaryan Feysbuk səhifəsində yazıb.
"1 dekabrda verdiyim açıqlamama əsasən, bu gündən etibarən "Mənim addımım” xeyriyyə fondunun icraçı direktoru kimi fəaliyyətimə xitam verirəm”, - Kazaryan bildirib.
Kazaryan qeyd edib ki, bir erməni və Ermənistan vətəndaşı kimi ölkədə baş verənlərlə əlaqədar olaraq onun prinsipial fikir ayrılığı yaranıb.
Qeyd edək ki, "Mənim addımım” xeyriyyə fondu Ermənistan Baş naziri Nikol Paşinyanın nəzarətindədir. Fondun Qəyyumlar Şurasının sədri Paşinyanın arvadı Anna Akopyandır.