Amerika hegemonluğunu İTİRİR
09.07.2018
Ekspertlərin fikri
"Dövran Media” Zelv.ruya istinadən xəbər verir ki, Amerika dünyadakı hegemonluğunu itirməyi ilə barışa bilmir. Bu fikri Rusiyanın Müdafiə Naziriliyi nəzdində ictimai şuranın üzü İqor Korotçenko ABŞ birincisinin Rusiya Türkiyəni özünə tərəf cəkmək istəyindədir sözlərini şərh edərkən söyləyib. Korotçenkonun sözlərinə görə, Ankara qəti surətdə öz milli maraqlarının qorumağa can atır və hec vəchlə Vaşinqtonun "çaldığı ilə oynamaq” niyyətində deyil. "Türkiyə müstəqil siyasət yürüdərək milli maraqlarını qoruyur və ABŞ-ın əlində sözəbaxan oyuncaq olmaq istəmir. Həmçinin özünə münasib olan silahları almaq məsələsində də”- deyə, mütəxəssis bildirib. Onu da əlavə edib ki, Birləşmiş Ştatlar Türkiyə prezidenti Ərdoğana Rusiyadan zenit-raket sistemli C-400 almaqdan imtina etməsi ücün mütəmadi olaraq təzyiq göstərir. Əvvəllər də ABŞ Şimali Atlantik Alyans üzrə müttəfiqlərinə təsirini itirməsindən çəkindiyini də bildirmişdi.