Çarukyanın Paşinyanla görüşü 3 dəqiqə çəkdi
30.12.2020
Çiçəklənən Ermənistan Partiyasının lideri Qagik Çarukyanın Ermənistan Baş naziri Nikol Paşinyanla görüşü 3 dəqiqə çəkib.
DM xəbər verir ki, bu məlumatı "Pastinfo” saytı öz mənbələrinə istinadən yayıb.
Məlumata görə, görüş zamanı Çarukyan koronavirusa yoluxmaq ehtimalını bəhanə gətirərək, baş nazirin əlini sıxmaqdan imtina edib. Bundan sonra Paşinyan Çarukyandan nəyin qarşılığında konstitusion dəyişiklik planına qoşulmağa razı olacağını soruşub. Çarukyan isə ona cavabında "sənin qatarın çoxdan gedib, bundan xəbərin yoxdur” deyib.
Paşinyanın Çarukyana qarşı qaldırılan bəzi cinayət işlərini dayandırmaq təklifinə isə partiya sədri bildirib ki, hökumət çoxdan istefa verməli idi.
"Xilas olmaq istəyirsənsə, istefa ver”, - Çarukyan deyib.
Qeyd edək ki, dünən Paşinyanın Çarukyan və İşıqlı Ermənistan Partiyasının sədri Edmon Marukyanla parlamentdə görüşü olub.