Dilqəm Əsgərov 6 il sonra evində
30.12.2020
Erməni girovluğundan azad edilən Dilqəm Əsgərov artıq evə buraxılıb.
DM xəbər verir ki, bu barədə Dilqəm Əsgərovun oğlu Kürdoğlu məlumat yayıb və atası ilə fotosunu paylaşıb.
D.Əsgərov 6 il erməni girovluğunda qaldıqdan sonra Azərbaycanın Vətən Müharibəsindəki qələbəsinin ardından dəyişdirilən əsirlərlə birgə Azərbaycana təhvil verilib.
Qeyd edək ki, bu gün dekabrın 14-də erməni əsirliyindən azad edilərək Bakıya gətirilən Emin Baxşəliyev, Amin Musayev, Yəhya Abdinov, Şərif Əliyev, Ömər Ələkbərov, Nurəddin Yolçuyev, Bayram Kərimov, Şahbaz Quliyev, Mobil Əhmədzadə, Nurlan Əlizadə, Anar Əliyev iki həftəlik karantin rejimini başa vurub və hamısı evə buraxılıb.