Üç qardaş ölkənin nazirləri görüşəcək
30.12.2020
2021-ci ildə Türkiyə, Azərbaycan və Pakistan xarici işlər nazirlərinin növbəti görüşü keçiriləcək.
DM xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilin yekunlarına dair mətbuat konfransında bildirib.
Çavuşoğlu görüşün Pakistanda baş tutacağını və tarixin müəyyən edilməsi istiqamətində çalışmaların davam etdiyini qeyd edib.