Ukrayna Erməni yazılarını nəşr etməyəcək
30.12.2020
Ukrayna Milli Yazıçılar İttifaqı öz nəşrlərində BMT və digər beynəlxalq təşkilatlarda Ukraynanın ərazi bütövlüyünə qarşı çıxan ölkələrdən olan müəlliflərin əsərlərinin yayımına qadağa qoyub.
DM xəbər verir ki, bu məlumatı "Ukrayna ədəbiyyat qəzeti” yayıb.
İttifaq bu ölkələr sırasına Rusiya, Belarus, Venesuela, Ermənistan, Zimbabve, İran, Kamboca, Qırğızıstan, Çin, Şimali Koreya, Kuba, Laos, Myanma, Nikaraqua, Serbiya, Suriya və Sudanın daxil olduğunu bildirib.
İstisnaların mərhum klassiklərin əsərlərinə, eləcə də Ukraynanın ərazi bütövlüyünü rəsmən dəstəkləyən yazarlara aid ediləcəyi vurğulanıb.