44 gündən sonra xəbəri gələn şəhid
29.12.2020
44 gün davam edən Vətən müharibəsində işğal altındakı torpaqlarımızın düşmən tapdağından azad edilməsində rolu olan qəhrəmanlarımızdan biri də şəhid Şahı Məmmədlidir.
Məmmədli Şahı Eman oğlu 1995-ci il iyunun 6-da Ucar rayonunun Bərgüşad kəndində anadan olub.
2013-ci ildə həqiqi hərbi xidmətə yollanan Ş.Məmmədli xidməti dövründə fəallığı və cəsurluğu ilə seçilib. 2015-ci ildə xidmətini başa vuraraq evinə geri dönüb.
2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsinə könüllü şəkildə qatılan qəhrəman döyüşə gedərkən oğlu 22 günlük olub.
Ş.Məmmədli gərgin döyüşlərdə düşmənin xeyli canlı qüvvəsini məhv edib. Döyüş zamanı 16 yaralı hərbçi dostunun həyatını xilas edib. Suqovuşan və Ağdərə uğrunda gedən döyüşlərdə mühasirəyə düşərək şəhidlik zirvəsinə yüksəlib.