“Tək Millət, Tək Ürək” Saatlıda - FOTO
29.12.2020
Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin çağrışına müvafiq olaraq, Milli Məclisin deputatı Ramil Həsənin təşəbbüsü əsasında TÜİB Başkanı Hüseyin Büyükfıratın dəstəyi ilə yaradılmış "Tək Millət, Tək Ürək” Humanitar Platforması çərçivəsində qardaş Türkiyənin Diyanet İşleri Başkanlığı, Türkiyə Diyanet Vakfının və Türkiyə Cümhuriyyəti Bakı Böyükelçiliyinin Din Hizmetleri Müşavirliyinin hər tərəfli köməkliyi ilə Onuncu yardım aksiyası olaraq Saatlı rayonunu əhatə edən bütün şəhid ailələrimizin ehtiyaclarını təmin edəcək sovqatların ünvanlara çatdırılması prosesi davam edir.
Layihənin həyata keçirilməsində öz dəstəyini əsirgəməyən Türkiyə Cümhuriyyəti Bakı Böyükelçisi cənab Erkan Özorala, TÜİB sədri Hüseyin Büyükfırata, qardaş Türkiyə Cümhuriyyətinin dövlət və hökumət adamlarına, eyni zamanda yardımların paylanmasında bizə hər tərəfli şərait yaradan, ev sahibliyi edən Saatlı rayon İcra Hakimiyyətinin Baçısı Elmir Bağırova, Saatlı Seçki Dairəsindən Milli Məclisin deputatı Əziz Ələkbərova xüsusi təşəkkürümüzü bildiririk.