Deputatların maaşları üçün büdcə bəlli oldu
29.12.2020
Parlamentin bu gün keçirilən plenar iclasında "Milli Məclisin 2021-ci il üçün xərclər smetası haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
DM xəbər verir ki, gələn il üçün Milli Məclisin xərclər smetası 42 milyon 270 min 400 manat olacaq. Bu vəsaitdən ştatda olan işçilərin əməkhaqqına 22 milyon 577 min 364 manat olmaqla, əməyin ödənişi üçün 34 milyon 492 min 90 manat, o cümlədən deputatların əməkhaqqına 5 milyon 382 min 624 manat, Milli Məclis Aparatı üzrə əməkhaqqına 7 milyon 671 min manat, deputat köməkçilərinin əməkhaqqına 2 milyon 250 min manat, Milli Məclisin İşlər İdarəsi üzrə əməkhaqqına 4 milyon 587 min 720 manat, dövlət qulluğu ilə əlaqədar əlavələrə 2 milyon 258 min 340 manat, ştatdan kənar işçilərin əməkhaqqına 37 min 800 manat, əməyin ödənişi ilə bağlı digər pul ödənişlərinə 4 milyon 971 min 140 manat, əməkhaqqına görə ayırmalara 6 milyon 905 min 786 manat, ezamiyyə xərcləri üçün 870 min manat, ekspertlərin əməkhaqqına 427 680 manat ayrılması nəzərdə tutulub.