Kılıçdaroğludan CHP vəkillərinə QADAĞA
09.07.2018
CHP sədri Kamal Kılıçdaroğlu partiya üzvlərinin mətbuata icazəsiz açıqlama verməsini qadağan edib.
"Dövran Media" xəbər verir ki, bu barədə Kılıçdaroğlu partiyasının qrup toplantısında danışıb.
"Mətbuata danışan dostlar qrup sədrlərinə məlumat versinlər. Qrupumuz nizamlı şəkildə hərəkət etməlidir, hər kəs partiya intizamına əməl etməlidir. Partiyadaxili münaqişələr partiyanın daxilində qalmalıdır. Hərənin kefinə görə danışmasını düzgün hesab etmirəm”, - Kılıçdaroğlu bildirib.