Borrelldən Belarusiya ilə bağlı fikir
29.12.2020
Belarusu Moskvanın qucağına sürükləyə bilmərik.
DM xəbər verir ki, bu sözləri Avropa Birliyinin Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell Belarusda hazırki vəziyyəti şərh edərkən deyib.
"Ölkə ilə yaxın iqtisadi əlaqələr yoxdursa, variantlar azdır. Biz bütün əhalini cəzalandıra, müharibə başlada bilmərik. Ona görə də yalnız diplomatiya qalır. Biz bu rejimlə (Belarus hakimiyyəti) əlaqələri məhdudlaşdırmışıq. Burada həddi aşmaq olmaz”, - deyə diplomat bildirib
Borrell əlavə edib ki, Avropa Belarusda demokratik mühitin bərqərar olması üçün maddi cəhətdən ölkə müxalifətinə və vətəndaş cəmiyyətinə yardım edib.