21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

"Sinovac" koronavirus peyvəndi

29.12.2020

 COVID-19-a qarşı olan "Sinovac" vaksini bir çox sınaqlardan uğurla keçdiyindən dünyanın marağına səbəb olub.

Çin istehsalı olan bu vaksin bio texnologiya ilə hazırlanıb və yüksək risk qrupları üçün olduqca effektivdir. Hazırda dünyanın 100-dən çox ölkəsi bu vaksini sifariş edib. Çinin özündə isə həyata keçirilən peyvəndləmə nəticəsində gündəlik yoluxma 30-40 nəfər enib.

Dünyanın 100-dən çox ölkəsinin sifariş verdiyi sinovac vaksini həyata keçirilən kliniki sınaqlardan uğurla keçib. Türkiyə, İndoneziya, Sinqapur, Braziliya və ərəb ölkələri artıq bu vaksinin sifarişini veriblər.

Öldürülmüş virus hissəciklərindən istifadə olunması ilə vaksinin effektivliyi 97 və 91 faiz arası dəyişib. Bununla yanaşı sürətli immun cavab reaksiyası ilə daha çox ölkədə kliniki testlərdən keçirilib.

"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin tabeliyindəki Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyevin sözlərinə görə, vaksin dəfələrlə kliniki sınaqlardan uğurla keçdiyinə görə, ümumdünya səhiyyə təşkilatının tövsiyyəsi ilə tətbiqinə icazə verilib.

Vaksinin tətbiq edildiyi ölkələrdə yoluxma sayı nəzarətə götürülüb və minimallaşdırılıb. Bunun nəticəsidir ki, artıq "Sinopharm" şirkəti 500 milyon doza vaksin istehsal edib.

Qeyd edək ki, vaksinin kütləvi olaraq tətbiq edildiyi Çində yoluxma sayı hazırda gündəlik 20-30 nəfər arası dəyişir. Bu isə dünya üzrə ən aşağı göstəricilərdən biridir.