ABŞ-ın mövqeyi
29.12.2020
Ukraynadakı həqiqi güc ABŞ səfirliyidir.
DM xəbər verir ki, bunu Xarkov şəhərinin keçmiş meri Mixail Dobkin deyib.
Prezident Vladimir Zelenskinin fikirlərində baş verən dəyişiklikləri qeyd edən Dobkin "çox ciddi xarici təsir"in olduğunu bildirib:
"Çünki ABŞ səfirliyi siyasətçilərimizin fikirlərini dəyişdirir və bundan utanmır. Yəni bir şeyə müdaxilə etməlidirlərsə, naziri çağırırlar. "Mən şərt qoymadım, ukraynalı naziri çağırdım, təlimat verdim, sonra ortaq bir bildiriş yaydıq" mesajını ötürürlər. Sonda da bir foto çəkdirirlər".