Köçəryanın Ağdam məscidini təhqir etməsini təsdiqləyən TARİXİ KADR
28.12.2020
Gördüyünüz bu foto 24 iyul 1993-cu ildə, yəni Ağdam şəhərinin işğalından bir il sonra çəkilib.
DM Qaynarinfo-ya istinadən xəbər verir ki, Ağdam məscidinin girişində Ermənistanın keçmiş prezidenti, hərbi cani Robert Köçəryan və 1994-2000-ci illlərdə separatçı rejimin silahlı qüvvələrinin baş qərargah rəisi olmuş Samvel Babayan durub. Məscidin divarındakı "Molla x ** alla” yazısı ermənilərin İslama qarşı düşmən münasibətini çox aydın şəkildə əks etdirir. Həmçinin bu, Ermənistanın keçmiş rəhbərliyinin Azərbaycanın tarixi, milli və dini abidələrinin dağıdılmasında birbaşa rolunun olduğunu sübut edir.
Qeyd edək ki, həm Köçəryan, həm də Babayan Azərbaycan torpaqlarının işğal olunmasında və mülki əhalinin qırılmasında birbaşa iştirak edib.
Erməni faşizmi Azərbaycanın işğal olunmuş ərazilərində nəinkin müharibə dövründə, eləcədə atəşkəs dövründə milli, dini və tarixi abidlələri məhv etmiş, alban tarixinin qiymətli mədəni əşyalarını Ermənistana daşımışdır. Eyni zamanda məscidlərimizi təhqir etməkdən çəkinməmişdilər. Bəzi müsəlman ölkələrin dost hesab etdiyi Ermənistan Qarabağdakı məscidləri donuz tövləsinə çevirmişdir. Bütün bunlar işğalçı Ermənistanın beynəlxalq hüququ, konkret 1954-cü ildə qəbul olunmuş Haaqa konvensiyasını kobud şəkildə pozmuşdur. Bu isə o deməkdir ki, Ermənistan təkcə azərbaycanlılara və müsəlmanlara yox, bütün bəşəriyyətə qarşı cinayətlər etmişdir.
Bütün bu vandallıqlar fonunda Ermənistan həyasızlıqla işğal olunmuş ərazilərdəki mədəni irs və dini abidələr kontekstində Azərbaycana qarşı saxta informasiya kampaniyasını davam etdirir. Guya Azərbaycan xristian abidələrini dağıdır. Təəssüf ki, erməni həyasızlığı YUNESKO başda olmaqla beynəlxalq təşkilatların da diqqətini ilk baxışdan cəlb edə bilir. Səbəb isə xristian həmrəylidir…
Amma xristian dünyası çox yaxşı bilir ki, Azərbaycan Ermənistan dövlətindən fərqli olaraq, əsrlərboyu müxtəlif mədəni və dini irsə sahib çıxmış, ərazisində yerləşən ibadət yerlərini qoruyub saxlamışdır. Hətta Bakıda erməni kilsəsinin olması və kilsədə qədim erməni əlyazmalarının qorunub saxlanılması azərbaycanlılarla ermənilərin fərqini ortaya qoyur. Bunlar Azərbaycanın çoxmədəniyyətli və çoxetiqadlı tərkibinin və tarixinin ayrılmaz hissəsidir. Bütün bunlar cəmiyyətimizin dəstəklədiyi və həmişə dəstəkləyəcəyi müxtəliflik, multikulturalizm, tolerantlıq və dialoq dəyərlərini özündə ehtiva edir.
Məlum olduğu kimi, Rusiya Federasiyasının bir qrup mədəniyyət xadimi Qarabağda yerləşən xristian irsinin qorunmasına və bu irsin YUNESKO-nun Dünya irsi siyahısına salınmasına kömək göstərilməsi ilə bağlı YUNESKO-ya müraciət edib.
Dağlıq Qarabağda və ətraf rayonlarda erməni işğalı zamanı çoxsaylı müsəlman irsi abidələrinin dağıdılmasına baxmayaraq, müraciətdə yalnız xristian irsindən bəhs edilməsi, eləcə də Azərbaycan ərazisindəki bütün tarixi, mədəni, dini irsin heç bir ayrı-seçkilik qoyulmadan dövlət tərəfindən qorunması və hökumətin bu məsələyə çox ciddi yanaşması nəzərə alınmayaraq, müraciətin birbaşa YUNESKO-ya ünvanlanması onun qərəzli və məqsədli şəkildə hazırlandığını və ölkəmizə qarşı qarayaxma kampaniyasının bir hissəsi olduğunu göstərir.
Görəsən Rusiyanın mədəniyyət xadimləri hərbi cani Köçəryanın Ağdam məscidini təhqir edən görüntülərinə reaksiya verəcəklərmi?..