Hulusi Akar İraqın müdafiə naziri ilə görüşdü
28.12.2020
Türkiyənin milli müdafiə naziri Hulusi Akar İraqdan olan həmkarı Cümə Ənad Sədun ilə görüşüb.
DM xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Görüşdə ikitərəfli və regional məsələlər müzakirə edilib. Terrorla mübarizədə əməkdaşlıq və perspektivlər dəyərləndirilib.
Türkiyənin bütün qonşularının ilə siyasi sabitliyini və ərazi bütövlüyünü qorumasını arzuladığı ifadə olunub.