Bu yollarda sıxlıq var - XƏBƏRDARLIQ
09.07.2018
Bu dəqiqələrdə Üzeyir Hacıbəyov küçəsi - Cavanşir körpüsünün üzərindən A.Puşkin küçəsi ilə kəsişməyədək olan ərazidə sıxlıq müşahidə edilir.
Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
"Həmçinin Tiflis prospekti istiqamətində, Afiyəddin Cəlilov küçəsi, A.Nobel prospekti - Ramiz Quliyev küçəsi ilə kəsişmədən Süleyman Əhmədov küçəsi ilə kəsişməyədək, 28 May küçəsi - Azadlıq prospekti ilə kəsişmədən R.Behbudov küçəsi ilə kəsişməyədək olan ərazilərdə də sıxlıq müşahidə edilir.
Heydər Əliyev prospekti - Koroğlu metrostansiyasının qarşısından şəhər istiqamətində ASAN Xidmətin qarşısınadək əsas yolda, Ziya Bünyadov prospekti - Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Azadlıq prospekti ilə kəsişməyədək və Koroğlu Rəhimov küçəsi - Akademik Həsən Əliyev küçəsi ilə kəsişmə istiqamətində isə nisbətən sıxlıq var", - məlumatda qeyd olunub.