Erməni deputatdan AÇIQLAMA
28.12.2020
"Paşinyanın getməsindən başqa heç bir məsələ müzakirə oluna bilməz".
DM Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu fikirləri parlamentdə komissiya sədrliyindən kənarlaşdırılması məsələsinin müzakirə qoyulması ilə bağlı deputat Naira Zohrabyan bildirib. Müxalif Çiçəklənən Ermənistan Partiyasını təmsil edən parlamentari Paşinyan tərəfdarlarını "zibil" adlandırdığına görə çoxluğa malik hakim fraksiya tərəfindən insan haqları üzrə daimi komissiyanın rəhbəri postundan kənarlaşdırılması ilə bağlı təşəbbüs irəli sürülüb.
"Hazırda Nikol Paşinyanın getməsindən başqa heç bir məsələ müzakirə oluna bilməz. Bu xain daha hansı əraziləri Azərbaycana verəcək? Gəlin, bundan danışaq", - deyə Zohrabyan etiraz edib.