Rusiya Suriyanın şimal-şərqində hərbi kontingentini artırır
28.12.2020
Rusiya Suriyanın şimal-şərqindəki Haseke bölgəsində, xüsusilə Kamışlıda hərbi kontingentini artırmağa başlayıb.
DM "Anadolu"ya istinadən xəbər verir ki, Rusiya Suriyanın Lazkiye bölgəsində yerləşən Rusiyaya məxsus Hmeymim hərbi bazasından Kamışlıya təyyarələrlə zirehli hərbi nəqliyyat və hərbi təchizat göndərib. Həmçinin böyük sayda rus hərbçiləri bölgəyə gətirilib. Haseke və ətrafında rus hərbi kontingentinin canlı qüvvəsinin sayı 1 000-ə çatıb.
Rusiya hərbi kontingentinin Əsəd rejiminin nəzarətində olan Kamışlı aeroportuna və yaxınlıqdakı hərbi bazada mövqe tutduğu bildirilir. Hazırda dislokasiya işlərinin davam etdirildiyi deyilir.