Qalmaqallı direktor istefa verdi
28.12.2020
Bakı şəhəri 187 saylı tam orta məktəbin direktoru Nailə Məmmədova istefa verib.
DM xəbər verir ki, bu barədə "Azərbaycanın səsi" Feysbuk səhifəsində açıqlama verən Nailə Məmmədovanın qardaşı Rasim Məmmədov deyib. O bildirib ki, Nailə Məmmədova direktor vəzifəsindən azad olunması üçün Təhsil Nazirliyinə ərizə yazıb.
Qeyd edək ki, Nailə Məmmədova bir neçə gün əvvəl karantində özünə təntənəli ad günü keçirməsi ilə gündəmə gəlmişdi.