21 11 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

"SMS icazə" sistemi ləğv ediləcək?

28.12.2020

 Azərbaycanda gündəlik yoluxanların sayı kəskin düşüb. Belə ki, dekabrın 27-də Azərbaycanda koronavirus infeksiyasına 1519 yeni yoluxma faktı qeydə alınıb, 4471 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Son sutkada 45 nəfər COVID-19-dan vəfat edib. Bir neçə gündən sonra ölkə ərazisində Yeni il bayramı qeyd ediləcək. Bir çoxları bayram günlərində "sms icazə" sisteminin ləğv ediləcəyi ilə bağlı fikirlər səsləndirirlər. Dekabrın 31-də Azərbaycanda "sms icazə" sistemi ləğv edilə bilərmi?

Bununla bağlı açıqlama verən depuat Müşfiq Cəfərov bildirib ki, Azərbaycanda yanvarın 18-nə kimi sərt karantin rejimi tətbiq edilir:

"Sərt karantin rejiminə görə ölkədə "sms icazə" sistemi də tətbiq edilir. Təbii ki, tam bayram havasında olmasaq da insanlarımız bir-birinin evinə bayramlaşmağa gedirlər. Bu baxımdan düşünürəm ki, "SMS icazə" sistemi tətbiq edilməlidir.

Əgər yanvarın 18-nə kimi yoluxma sayı 3 rəqəmliyə düşərsə, Operativ Qərargah "SMS icazə" sistemin ləğv edilməsi ilə bağlı qərar qəbul edəcək. Çünki istənilən halda sərt karantin rejimi dövlətin iqtisadiyyatına da təsir edir.

İndiki məqamda olmasa da yanvarın 18-dən sonra "SMS icazə" sistemin ləğv edilməsi ilə bağlı məsələyə baxıla bilər".