Paşinyandan sensasion açıqlama
28.12.2020
Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan istiqamətində Sovet Ermənistanının sərhədlərinə çəkilib.
Bu barədə ölkənin baş naziri Nikol Paşinyan İctimai Televiziyaya verdiyi müsahibəsində danışıb.
O bildirib ki, bununla Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının məsuliyyət zonası ilə erməni qoşunlarının nəzarəti altındakı zona üst-üstə düşəcək və KTMT qüvvələri artıq harada reaksiya göstərə biləcəyini, haqqının olmadığı yerləri müəyyənləşdirəcək.