Paşinyanın oğlu Qarabağa gəlir
09.07.2018
Ermənistanın baş naziri Nikol Paşinyanın oğlu Aşot iyulun 9-da hərbi xidmətə yola düşür.
"Dövran Media" bildirir ki, bu haqda Ermənistanın İctimai Televiziya Şirkətinin informasiya xidmətinin direktoru Vaaqn Tevosyan "Feysbuk” səhifəsində yazıb.
Xatırladaq ki, daha əvvəl Nikol Paşinyan erməni ictimaiyyəti qarşısında oğlu Aşot Paşinyanın hərbi xidmətini Azərbaycanın işğal altındakı ərazisində - Qarabağda keçirəcəyini bəyan edib. Öz növbəsində, Aşot Paşinyan deyib ki, o, Qarabağda hərbi xidməti keçməyə qərar verib. Aşot Qarabağda hərbi xidmət keçmək üçün müvafiq ərizə yazdığını da söyləyib.
Ekspertlərin fikrincə isə Ermənistanın baş naziri oğlunu digər dövlətin ərazisinə - Azərbaycanın Qarabağ bölgəsinə hərbi xidmətə göndərməklə ölkəsinin işğalçı olduğunu bir daha təsdiqləyib.