Erməni müxalifətinin iddiaları
28.12.2020
Nikol Paşinyanın yeni parlament seçkisinin vacibliyi haqqında bəyanatları saxta siyasi gündəmdir.
DM xəbər verir ki, bu barədə bəyanatı Xalqın Qurtuluş Hərəkatı yayıb. Hərəkat Paşinyanın bəyanatının cəmiyyətin baş nazirin istefası tələblərindən yayınması üçün manipulyasiya cəhdi olduğunu bildirib.
Bəyanatda baş nazirin azad seçki prosesinə zəmanət verə bilməyəcəyi vurğulanıb.