Əhaliyə COVİD-19 xəbərdarlığı
28.12.2020
Sərt karantin rejimi elan edildikdən sonra koronavirusa yoluxanların sayında azalma müşahidə olunur.
DM İctimai TV-yə istinadla xəbər verir ki, bir neçə gün öncəyə qədər yoluxanların sayı 4 mindən çox olsa da bu, bir neçə həftə davam etdi. Sözüsüz ki, burada görülən əksepidemik tədbirlərin böyük təsiri var.
İnsanlardan tələb olunan qaydalara əməl etməsi, müəyyən qadağaların tətbiq olunması, müxtəlif müəssisələrin bağlanması və sair kompleks tədbirlər hər gün yoluxmaların sayında azalmalara gətirib çıxarır.
İnfeksionist-həkim Vüqar Cavadzadə əhaliyə müraciət edərək, daha soyuq ayların gəldiyini və daha diqqətli olmağı məsləhət görüb:
"Koronavirus infeksiyası soyuq aylarda daha tez artıb yayıla bilər. Bunun üçün də insanlarımız daim profilaktik tədbirlərə, gigiyenik qaydalara riayət etməlidir. Maska taxmalı və sosial məsafə gözləməliyik. Ehtiyac olmadıqca çölə çıxmayın.
Əvvəlki aylarda virus daha çox yaşlı insanlar arasında müşahidə edilirdisə, hazırki durumda yaşlılarla yanaşı cavanlar və uşaqlar arasında da müşahidə edilir".